25 ₽
Mirzə Fətəli Axundzadə 1857-ci ildə yazdığı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur[1]. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib. Amma povestdə şah obrazında I Şah Abbas göstərilib. Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, 15 gündən sonra şahı devir edəcəklər. Elə münəccimin bu xəbərindən sonra əsas hadisələr cərəyan etməyə başlayır. Şah əsas vəzirlərini başına topluyur və məsləhətləşir. Baş münəccimin məşvərət ilə belə qərara gəlirlər ki, Şah Abbas bir müddətlik hakimiyyəti hansısa "kafirə" versin, və onların seçimi yəhərçi Yusif olur. Povestin ikinci hissəsi isə yeni şaha həsr olunub. Yusif Sarac qabaqcıl insan idi və hakimiyyətə gələn kimi ancaq özünü düşünən vəzirləri vəzifədən azad edir, onların yerinə onlardan daha ağıllı, düzgün insanları təin edir. Ölkədə yeni yollar, körpülər, karvan saraylar, məktəblər, xəstəxanalar tikilir. O, ağır vergiləri yüngül vergilərlə əvəz edir. Yusif şahın bütün etdikləri yalnız millətinin daha yaxşı həyat yaşaması üçün idi. İranda daha gözəl g
Реклама. ООО «ЛИТРЕС», ИНН 7719571260 · erid: 2VfnxyNkZrY
Книга продаётся на Литрес: покупка, оплата и скачивание происходят на их сайте.