EbookReader
ATAMIN BAVULU

ATAMIN BAVULU

Орхан Памук 16+
Автор
Орхан Памук
Издательство
Qanun Nəşriyyat evi
Год
2023
Форматы
FB2.ZIP,TXT,TXT.ZIP,RTF.ZIP,A4.PDF,A6.PDF,MOBI.PRC,EPUB,IOS.EPUB,FB3
ISBN
978-5-04-892403-7

“Ölümündən iki il əvvəl atam öz əlyazmaları və dəftərləri ilə dolu bir bavulu mənə verdi. Orxan Pamuk 2006-cı ilin dekabr ayında, İsveçin paytaxtı Stokholm şəhərində Nobel ədəbiyyat mükafatını alarkən “Atamın bavulu adlı nitqlə çıxış etdi. Pamukun otuz ilik yazıçılıq səylərinin ruhunu səmimi bir şəkildə ifadə edən bu duyğusal çıxış bütün dünyada böyük əks-sədaya səbəb oldu. Yazmaq və yaşamaq mövzusunda köklü bir mətn olan “Atamın bavulunu eyni mövzuları və dərdləri fərqli prizmadan toxunduğu iki başqa mükafat nitqi ilə birlikdə nəşr edirik. Pamukun ABŞ-da çıxan World Literature (“Dünya ədəbiyyatı) jurnalı tərəfindən verilən “Puterbaugh mükafatını alarkən 2006-cı ilin aprel ayında etdiyi çıxış – “Nəzərdə tutulan yazar – yazarlıq psixologiyasının Pamuk tərəfindən izahıdır. Pamukun “Alman Kitabçılar Birliyi tərəfindən verilən “Sülh mükafatını 2005-ci ilin oktyabr ayında alarkən etdiyi “Qarsda və Frankfurtda adlı çıxışı isə roman yazarının özünü başqalarının yerinə qoyma gücünü və bu insani bacarığın siyasi nəticələrini özündə əks etdirir. Kitaba yazıçının bütöv gördüyü bu üç çıxışdan başqa, 2008-ci ilin oktyabr ayında Türkiyədə çıxan “Milliyyət qəzetində nəşr olunmuş “Mənim türk kitabxanam adlı maraqlı yazısı da əlavə olunub. “Atamın bavulu yazarlıq nədir, nə üçün yazırıq, həyat və yazmaq, yazarlıq səbri və roman sənətinin sirləri üzərinə yazılmış dəyərli bir kitabdır.

Shopping cart0
В корзине нет никаких продуктов!
Продолжить покупки
0