247 ₽
Bakı 1501 — Əzizə Cəfərzadənin Şah İsmayıl Səfəvi və onun Bakıya yürüşu tarixinə həsr olunmuş ilk dəfə 1981-ci ildə nəşr edilmiş roman. Əzizə Cəfərzadənin “Bakı-1501 romanı Şah İsmayıl mövzusunda yazılmış ilk tarixi romandır. Bundan sonra Fərman Kərimzadə “Xudafərin körpüsü (1987), Əlisa Nicatın “Qızılbaşlar romanları (1982) Səfəvilərin hakimiyyəti və o dövrdə baş verən tarix hadisələr eləcə də Şah İsmayıl Xətai şəxsiyyəti sərkərdəliyi ön plana çıxıb. Əzizə Cəfərzadə “Bakı-1501 romanı Şah İsmayılın bütün həyatı deyil, əsasən, 1501-ci ilə qədər olan tarixi hadisələr izlənir. Əslində, Şah İsmayıl Xətai mövzusuna dönüşün əsasını Əzizə Cəfərzadə bu əsəri ilə qoyduğunu demək olar. Yazıçı bu əsərində Şah İsmayılın Şirvanşah Fərrux Yassar ilə apardığı mübarizə və Bakını ələ keçirməsihadisəsi üzərində dayanır. Bu tarixi roman çoxfəsilli olmamış cəmi üç fəsildə (Bakı-1501, Qanlı-qadalı illər,hökmdarın şair ürəyi) verilmişdir. Romanın baş qəhrəmanının Şah İsmayıl Xətai olması yazıçıya həmin dövrün hadisələrinə nəzər salmağa imkan verir. Romanda Şah İsmayıl həm bir şah, həm şair, həm də bir səyyah kimi təsvir edilir. Yazıçı Şah İsmayıl obrazını, həm vətəninin mövcud vəziyətini təsvir edir, həm də onu xalqının, vətəninin gələcəyini düşünən sərkərdə və bir şah olaraq təsvir edir. Burada Şah İsmayılın uşaqlığı, taxta çıxması, şair kimi fəaliyyəti təsvir olunmuşdur. Bu romanda Əzizə Cəfərzadə birtərəflilik göstərmir, obrazı təsvir edərkən onun üstün xüsusiyyətləri ilə yanaşı qüsurlarını da göstərir. Həmçinin Şah İsmayılın milli şüurunu, vətənpərvərlik duyğularını da göstərmişdir. Romanda Şah İsmayıl Azərbaycan hökmdarı, Azərbaycan dövlətinin yaradıcısı kimi səciyələndirilir. Romana nəzər saldıqda görürük ki, burada Şah İsmayılın uşaqlığı xatırlanır və uşaqlıq dövründə belə Şah İsmayıl təmkinli, geniş dünyagörüşlü,açıq fikirli, gözüaçıq bir uşaqdır. Uşaqlığından o hökmdar kimi yetişdirilmiş və ona hökmdar şeyx kimi münasibərt göstərilmişdir. Onun yaçı ona olan münasibətə zərrə qədə
Реклама. ООО «ЛИТРЕС», ИНН 7719571260 · erid: 2VfnxyNkZrY
Книга продаётся на Литрес: покупка, оплата и скачивание происходят на их сайте.