50 ₽
“Heyvanıstan ( ing. Animal Farm ) əsəri solçu şəxsiyyəti ilə tanınan ingilis yazıçı Corc Oruellin ( əsil adı Erik Artur Bler ) gəlmiş-keşmiş ən yaxşı əsərlərindən biri hesa olunur. Müəllif tərəfindən siyasət üzərinə yaxşı bir qara mizah qatılaraq oxuculara təqdim olunan əsər, həqiqətən də hər bir oxucunun kitab rəfində öz yerini tutmağa layiqdir. Corc Oruellin “Heyvanıstan“ əsərini qələmə almaqda məqsədi siyasətin həqiqi üzünü sevimli heyvanlar üzərindən, hər kəsin başa düşəcəyi bir dildə başa salmaqdır. Bir çox ölkələrdə qadağan olunmuş, İngiltərə və Amerikada isə qadağan olunmağa çalışılmış, bəzən isə mövzusu dəyişdirilərək oxuculara çatdırılmışdır. Bütün bunlara baxmayaraq əsər öz həqiqi mövzusunu qoruyub saxlaya bilmiş və bir çox insanın siyasətçilərə olan münasibətini dəyişdirməyi bacarmışdır.“Heyvanıstan həqiqətən də qüsursuz işlənmiş bir hekayəni özündə əks etdirir. Xüsusi ilə heyvanların seçimi Corc Oruellin incə zəkasının mükəmməl bir nümunəsidir. Hər bir oxucu əsəri oxuduqca hansı heyvanın niyə seçildiyini daha yaxşı başa düşür. Kitabın yazılmasında digər bir məqsəd isə Stalinin hakimiyyətinə bir mesaj kimi göndərmək olmuşdur. Bu səbəbdən əsərdə olan heyvan xarakterləri, müəllif tərəfindən Stalinin dövründəki şəxslərə bənzədilmişdir. Fermada yaşayan heyvanların tək istəkləri yaxşı davranış görməkdir. Lkin borc batağında həyat sürən heyvanların sahibi alkaqola aludə olmuş və bu səbəblə də heyvanlara qarşı yaxşı davranış sərgiləməz, dahası tez-tez içərək onlara yemək veməyi belə unudar. Bundan sonra üsyan etməyə qərar verən heyvanlar Qoca Rəis ləqəbli donuzun vasitəsi ilə üsyan çıxarmağı bacarırlar. Lakin planları həyata keçməmiş yaşlı donuz dünyasını dəyişir və heyvanlar lidersiz qalırlar. Bir gün yenə ac qaldıqlarında daha səbr göstərmirlər və yenə üsyan qaldırırlar. Fermadaki bütün insanlara hücum edərək onların qorxub qaçmaqlarına səbəb olurlar. Beləcə fermadaki hakimiyyəti ələ keçirən heyvanlar lider olaraq qoca donuzun yaxını olan Napaleon ləqəbli donu
Реклама. ООО «ЛИТРЕС», ИНН 7719571260 · erid: 2VfnxyNkZrY
Книга продаётся на Литрес: покупка, оплата и скачивание происходят на их сайте.