247 ₽
İldırım Bəyazid — Osmanlı sultanı I Muradın oğludur, atasının taxta çıxdığı 1360-cı ildə anadan olan Bəyazidin anası Gülçiçək xatundur. 1381-ci ildə dövlət idarəsində yetişməsi üçün Kütahyaya qubernator təyin edildi. 1389 –cu ildə da səlib ordusu ilə edilən Birinci Kosova döyüşünə qatılaraq böyük qəhrəmanlıq göstərdi. Atası Sultan Murad, bu döyüş sonunda bir Serbli tərəfindən şəhid edildikdən sonra, Osmanlı taxtına keçdi. Hərbi əməliyatlar zamanı sürətli hərəkət etdiyinə görə "İldırım" ləqəbin almışdır. Kosova savaşı zamanı Rumeli əsgərləri ilə sağ qanada rəhbərlik etmişdir. Savaşın qazanılmağındada böyük rol oynamışdır. Bəyazid hələdə düşməni təqib edən qardaşı Yaqubu çağırtdıraraq taxta ortaq olar şübhəsi ilə edam etdirdi. I Muradın ölümü ilə meydana gələn səltənət dəyişikliyi Anadolu bəyliklərinin xüsusilədə, özünü Səlcuqların varisi hesab edən Qaramanlıların unudulmuş sanılan düşmənliyini yenidən ortaya çıxardı. Şahzadə Yaqubun qətl olunmasını bəhanə edərək sözdə onun intiqamını almaq üçün müharibə elan edib hər tərəfdən hücuma keçdilər. Qaramanoğulu Ələddin bəy tərəfindən təşviq edilən bu bəyliklər Aydın, Saruhan, Gərmiyan, Məntəşə və Həmidəli bəylikləri idi. Gərmiyanoğullarından Şah Çələbi oğlu Yaqub bəy daha əvvəl Osmanlıların əlinə keçmiş olan Gərmiyan bəyliyinin ərazisini geri aldılar. Bununla bərabər Qaramanlılar Bəyşəhri işğal etdilər. Anadoludada Qara Tatar adlandırılan monqolların rəisi Mürvət bəydə Qırşəhri işğal edib Sivas əmiri Qadı Bürhanəddinə təslim etdi. Digər bəyliklərdə bu qarışıqlıqdan istifadə edərək bəzi yerlərin işğalına cəhd göstərdilər. Bu hadisələr Osmanlı dövlətini çox ağır vəziyytə salmışdı. Atası tərəfindən qurulmağa çalışılan Anadolu birliyi təhlükəyə girmişdi. Sultan İldırım Bəyazid bu vəziyyətə sürətli şəkildə çarə tapmalı və işləri qaydasına salmalı idi. Bunun üçün Anadoluya keçməzdən əvvəl umelidəki vəziyyəti qaydaya salmaq lazım olduğunu düşünərək ona qarşı müxalifətdə olan əmir və əsgərləri yenidən öznə tabe etdi. Sonra Serb kr
Реклама. ООО «ЛИТРЕС», ИНН 7719571260 · erid: 2VfnxyNkZrY
Книга продаётся на Литрес: покупка, оплата и скачивание происходят на их сайте.