EbookReader
İncə Məmməd

İncə Məmməd

Kamal Yaşar Входит в подписку Литрес
Автор
Kamal Yaşar
Издательство
AudioKitab
Год
2023
Форматы
MP3,M4B
ISBN
978-5-04-891574-5

Yaşar Kamalın ən tanınmış və əhəmiyyətli əsəri kimi qəbul edilən İncə Məmməd romanı Çuxurova kəndlilərinin ağaların zülmünə qarşı mübarizəsindən bəhs edir. Yazıçının ilkromanı ""İncə Məmməd""-də hadisələr Türkiyənin müstəqilliyinin ilk illərinə təsadüf edir. Anadolu xalqının savadsızlığı, cəhaləti, kənd həyatının səfaləti və kənd ağalarının bölgələrə hakim olmasına üsyan xarakterli romandır. Dəyirmanoluq kəndinin sakinlərinə kənddən qırağa çıxmağa icazə yoxdur. Onlar buranın öz qayda qanunları ilə yaşamaq məcburiyyətindədirlər. Abdi ağa kənddə qanunları müəyyənləşdirir. Xaricdən heç kim kəndə gələ bilməz. Kəndin uşaqlarından İncə Məmməd günlərdir Abdi ağanın tarlasında işləyir, amma Abdi ağa onun anasını və özünü döyməyə davam edir. Məmməd artıq bu vəziyyətdən bezir və Kəsmə kəndində yaşayan Süleyman adlı kəndliyə sığınır. Məmməd güclə də olsa kənddən qaça bilmişdir. Məmməd qışı Kəsmə kəndində keçirir və burada çobanlıq edir. Anası və kəndi üçün darixsa da geri qyimamaqda qərarlıdır. Bir gün onun kəndindən biri onu görür və bu xəbəri anası - Dönəyə çatdırır. Xəbər ağızdan-ağıza yayılır və sonda Abdi ağanın qulağına gedib çatır. Abdi ağa Məmmədi Süleymanın evindən alıb kəndə qaytarır. O yay Məmməd Abdi ağanın tarlasında işləyir və Abdi ağa ona cəza olaraq ancaq məhsulun dörddə birini verir. Məmməd və anası qışı böyük çətinliklə keçirirlər. Bir neçə il sonra Məmməd və dostu Mustafa ilk dəfə qəsəbəyə gedirlər və yolda cəsur Böyük Əhmədlə qarşılaşırlar. Qəsəbədəki həyat Məmmədə böyük təsir göstərir. Ağaların olmadığı bu həyat onu cəzb edir. Məmməd sevgilisi Hatçenin Abdi ağanın qohumu ilə evləndiyi öyrənəndə növbəti gecə Hatçeni qaçırıb kənddən uzaqlaşırlar. Onları tapmaq üçün Abdi ağan, adamları və qohumu yola düşürlər. Aralarında döyüş baş verir. İncə Məmməd Abdi ağanın qohumunu öldürür, onun özünün isə yaralayır. Hatçe isə onların əlinə keçir. Məmmədin sığınacağı olmadığı üçün Dəli Durdu adlı şəxsin qrupuna qoşulur, amma onun etdiyi haqsızlıqlardan sonra ondan nifrət

Shopping cart0
В корзине нет никаких продуктов!
Продолжить покупки
0