25 ₽
"Yeni" ilə "köhnə" - yəni çadranı atmaq və ya çadranı örtmək C.Cabbarlının "Sevil" əsərində ictimai ziddiyyət kimi qarşılaşdırıldığı üçün C.Cabbarlı "Sevil" əsərində bu problemdən çox gözəl istifadə etmişdir. C.Cabbarlı cəmiyyətin əsası olan ailədə bu qarşılaşmanı çox bariz şəkildə verdiyi üçün "Sevil" əsəri bir növ həyatın özü, zamanın səsi idi. C.Cabbarlı hökumətin tədbirlərindən yararlanaraq Azərbaycan qadınının inkişaf perspektivlərini göstərməyə çalışırdı. "Sevil" pyesində əsas dramaturji konkflikt zahirən Balaşla Sevil arasında ziddiyyət kimi görünür. Əslində Balaşla Sevil arasındakı ziddiyyət ər-arvad arasında bütün zamanlarda, bütün xalqlarda özünü göstərən şəxsiyyət, xarakter müxtəlifliyindən doğan ailə konflikti deyil, əsrin öz konfliktidir. Cabbarlı Sevilin simasında Azərbaycan qadınının mübarizəsində onun təkamül prosesini göstərməyə çalışdı. Belə ki, əsərin əvvəllərində gördüyümüz Sevil sonrakı şəkillərdəki Sevil deyil. O, artıq günün, əsrin qadınıdır. O, indi eyhamlarla, qəhqəhələrlə danışır. Bu qəhqəhələri, bu eyhamları ilə Balaşdan intiqam alır. Bu intiqamın özü də bir şəxsin bir şəxs üzərindəki qələbəsi, intiqamı deyil, öz haqqını axtarıb tapan qadının qələbəsi və intiqamıdır. Beləliklə, C.Cabbarlı böyük bir dramaturji ustalıqla əsrlər boyu yaranmış təzadları, onun inkişaf yollarını təsvir etməyə çalışmışdır. Bu mənada "Sevil" pyesi həm əxlaqi-tərbiyəvi xüsusiyyətləri, həm də qəhrəmanların tipikləşdirilməsi baxımından əsl sənət nümunəsi oldu. C.Cabbarlı Sevili ideallaşdırır, onu sevdirməyə, onun hər addımını təqdir etməyə çalışırdı. C.Cabbarlının əsərlərinə, bu əsərlərindəki personaclara rəmzi adlar verildiyi bir həqiqətdir. Almaz, Yaşar, Oqtay Eloğlu, Gülüş, Dönüş kimi. Bu, ədəbiyyatda bir yenilik idi. Bu adlar gəlişi gözəl bir mənada deyil, hər personajın və əsərin xarakterinə uyğun olaraq seçilirdi. "Sevil" əsərinin qəhrəmanı Sevil də bu mənada bir rəmz idi. C.Cabbarlıya görə hüququ və azadlığı müəmmalı olan hər bir qadın özünü yetişdirməyi, dəyi
Реклама. ООО «ЛИТРЕС», ИНН 7719571260 · erid: 2VfnxyNkZrY
Книга продаётся на Литрес: покупка, оплата и скачивание происходят на их сайте.